mark rutte

ABŞ Prezidenti Donald Trampın NATO ilə bağlı narazılığını anlayıram”.

Globalinfo.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte deyibş

O qeyd edib ki, bəzi tənqidlərə baxmayaraq, NATO ölkələri ABŞ-ın əməliyyatlarına ciddi dəstək göstəriblər:

“Məsələn, ABŞ-a məxsus yüzlərlə hərbi təyyarə İtaliyadakı bazalardan havaya qalxaraq “Epik Qəzəb” əməliyyatında iştirak edib, Rumıniyanın paytaxtında isə ABŞ təyyarələrinin yanacaq doldurması üçün mülki aviareyslərin sayı müvəqqəti azaldılıb”.

Rutte həmçinin Trampın liderlik keyfiyyətlərini yüksək qiymətləndirərək bildirib ki, məhz onun təzyiqi nəticəsində NATO üzvü olan ölkələr müdafiə xərclərini artırmağa başlayıblar.

Baş katibin sözlərinə görə, bu, həm NATO-nu gücləndirir, həm də ABŞ-ın təhlükəsizliyini möhkəmləndirir.

Bundan əvvəl mediada Trampın Ağ Evdə keçirilən görüş zamanı Rutteyə qarşı sərt və təhqiramiz ifadələr işlətdiyi barədə məlumat yayılmışdı.

Bildirilirdi ki, Tramp Avropa ölkələrinin İranla bağlı qarşıdurmada ABŞ-a kifayət qədər dəstək verməməsindən narazı olub və bu səbəbdən görüş gərgin keçib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: