ABŞ-ın keçmiş rəhbəri və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp özünü “MakDonald’s”da müştərilərə xidmət göstərib.
Globalinfo.az xəbər verir ki, “Röyters”də oktyabrın 20-də axşam saatlarında siyasətçinin kartof qızartmasını qablaşdıraraq qonaqlara verdiyini əks etdirən görüntülər dərc edilib.
Qeyd edək ki, Tramp bundan əvvəl Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisi “MakDonald’s”da iş təcrübəsi barədə yalan danışmaqda ittiham edib.
