ABŞ Prezidenti Donald Tramp Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində Şimali Koreya lideri Kim Çen In ilə danışıqlar aparmaq ehtimalını istisna etməyib.
Globalinfo.az Qafqazinfo-ya xəbər verir ki, bu haqda TASS məlumat yayıb.
Biz Çinə gedirik və orada Prezident Si Cinpin ilə görüşəcəyik. O, bir ay əvvəl burada – ABŞ-də idi. Həmçinin Prezident Putinlə, bəlkə də Kim Çen In ilə görüşəcəyik… Çox şeyə nail olmaq şansımız var – deyə o bildirib.
Qeyd edək ki, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti 17–19 noyabr tarixlərində Çinin Şençjen şəhərində keçiriləcək.