Trump to deliver primetime address from White House 1

ABŞ Prezidenti Donald Tramp İranın ABŞ və müttəfiqlərinə qarşı raket və pilotsuz uçuş aparatları ilə hücumlarının böyük əksəriyyətinin qarşısının alındığını bildirib.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, Tramp bu barədə “Truth Social”-da yazıb.

ABŞ liderinin iddiasına görə, fevralın 28-də “Epic Fury” əməliyyatı başlayandan bəri İran 8–9 min birtərəfli hücum dronu və təxminən 2 min ballistik raket buraxıb. O bildirib ki, dronlardan yalnız ikisi, raketlərdən isə biri ABŞ qüvvələrinin müdafiə sistemlərini keçərək ABŞ hərbçilərinin ölümünə səbəb olub.

“Başqa sözlə, İranın raket və dronlarının 99,99 faizi vurulub və ya hər halda ABŞ hərbçilərinin ölümünə səbəb olmayıb”, – Tramp qeyd edib.

O, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) müdafiə tədbirlərinin tarixdə görünməmiş effektivlik nümayiş etdirdiyini vurğulayıb.

Paylaş: