Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın Gənclik Qolları tərəfindən təşkil olunan “Universitetli Gənclər Görüşü”ndə iştirak edib.
Globalinfo.az xəbər verir ki, tədbir zamanı salonda açılan “Ne diyor siz Karadenizliler: Sevdalanduk” (“Siz qaradənizlilər nə deyirsiniz: Aşiq olduq”) yazılı pankart dövlət başçısının diqqətini çəkib.
Pankarta münasibət bildirən Ərdoğan bu məqamdan müxalifəti tənqid etmək üçün istifadə edib.
O, gənclərə müraciətində siyasi rəqibləri ilə aralarındakı əsas fərqin məhz dünyagörüşü və baxışlarla bağlı olduğunu vurğulayıb:
“Əziz gənclər, bizim fərqimiz məhz budur. Siyasi rəqiblərimizlə aramızdakı əsas vizyon fərqi də budur”.
Safura Bənnayeva
Globalinfo.az