ABŞ prezidenti Donald Trampın fikrincə, Rusiya lideri Vladimir Putin Ukraynaya qarşı indiki siyasətindən daha sərt addımlar ata bilər, lakin bunu etmir.
Globalinfo.az xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında Putinin müəyyən mənada geri çəkildiyini bildirib:
“Putin bir qədər geri addım atır. O, daha sərt hərəkət edə bilərdi. Açığını desəm, geri çəkilir”, – ABŞ prezidenti vurğulayır.
Əliyar Xəlil