ABŞ Prezidenti Donald Tramp vitse-prezident J.D. Vensin 2028-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməyəcəyini istisna etməyib.
Globalinfo.az xəbər verir ki, Tramp bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
“Çoxlu namizəd ola bilər, bəlkə də heç kim namizədliyini irəli sürməyəcək. Ola bilsin ki, o da namizəd olmasın”, – deyə ABŞ lideri Vensin mümkün iştirakına işarə edərək qeyd edib.
Tramp, həmçinin ABŞ-da qarşıdan gələn aralıq seçkilərdən sonra siyasi vəziyyətin necə dəyişəcəyinə toxunub. O, daha əvvəl seçkilərin nəticələrini qəbul etməyə və Demokratlar Partiyası ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirmişdi.
Bununla yanaşı, prezident Demokratların Konqresdə çoxluğu əldə etdikdən sonra ona qarşı impiçment proseduruna başlamağa cəhd göstərə biləcəklərini deyib və belə bir təşəbbüsün siyasi nəticələri olacağı barədə xəbərdarlıq edib.
Tahir Turan
Globalinfo.az