Avropa İttifaqı Rusiyaya qarşı “qara siyahı”sını daha 145 maddə ilə genişləndirib.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Aİ-nin sanksiya siyahısına “Wildberries” şirkətinin təsisçisi Tatyana Kim, iş adamları Ruslan Baysarov, Aleksandr Çaçava və Sergey Matviyenko (Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun oğlu-red.), bloger Yuri Podolyaka və aparıcı Daniil Bezsonov daxil ediliblər.
Bundan başqa, Peterburq Hesablaşma Mərkəzi və Kremlevskiy, Guta Bank və “Unistream” daxil olmaqla onlarla bank, “YuMani” xidmətini idarə edən YuMoney MMC, “Rusqazdobıça” və “Rusximallians” Aİ-nin sanksiya siyahısına daxil edilib.
Aİ Rusiya neft emalı zavodları, o cümlədən Qazpromneft-Moskva Neft Emalı Zavodu, Kirişinefteorgsintez, TAIF-NK, Müstəqil Neft və Qaz Şirkətinin törəmə müəssisələri: NNK-Oil, NNK-Severnaya Neft, NNK-Saxalinmorneftegaz və NNK-Xabarovsk Neft Emalı Zavodu; Sankt-Peterburq Neft Terminalı və Ust-Luqa Xüsusi İqtisadi Zonasının idarəetmə şirkətinə də sanksiya tətbiq edib.