Sadikov Putin 1

Rusiya Xarici İşlər Nazirliyinin Linqvistik Təminat Departamentinin baş müşaviri, Putinin tərcüməçisi Aleksey Sadıkov diqqət mərkəzinə düşüb.

Globalino.az xəbər verir ki, onun Putinin beynəlxalq danışıqlarında tərcümə prosesində uğurla çıxış etməsi ABŞ-ın da marağına səbəb olub.

Qeyd edək ki, noyabrın 12-də ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Moskvaya səfər edərək Vladimir Putinlə görüşüblər. Danışıqlar zamanı Sadıkovun mimikası, baxışları, jestləri, səs tonu və Putinin intonasiyalarını dəqiqliklə çatdırmaq bacarığı böyük marağa səbəb olub.

Tərcüməçi “polad əsəbli peşəkar” adlandırılır, onun ingilis dili biliyi yüksək qiymətləndirilir.

Maraqlıdır ki, amerikalı tərəf də onun peşəkarlığına yüksək qiymət verib. Stiv Uitkoff Putinin tərcüməçisini “əfsanə” adlandırıb. Onun sözlərinə görə, Sadıkovun səsi “bütün dünyada ən yaxşı səsdir”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: