“Sülh körpüsü” təşəbbüsünün növbəti görüşünün yaxın vaxtlarda Ermənistanda keçirilməsi planlaşdırılır.
Globalinfo.az bildirir ki, bu barədə “Mediamax” təşəbbüsün nümayəndələrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, hazırda qarşıdakı görüşə hazırlıq işləri aparılır və dialoqun davam etdirilməsi, eləcə də sülh prosesinə töhfə verilməsi məqsədilə azərbaycanlı həmkarların Ermənistanda iştirakı gözlənilir.
Görüşün tarixi, gündəliyi və digər təşkilati məsələlərlə bağlı ictimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcəyi bildirilib.
Təşəbbüs nümayəndələri “Sülh körpüsü” fəaliyyətinin davam etdiyini təsdiqləyiblər.(APA)