Meloni Giorgia Italie television 2025 1024x683 1

“İtaliya Baş naziri Corciya Meloni Ukraynaya yardımı dayandıracağı təqdirdə onun hökumətini dəstəkləyə bilərik”.

Globalinfo.az xəbər verir ki, bunu İtaliyanın müxalifətdə olan “Milli Gələcək” partiyasının lideri Roberto Vannacci deyib.

Məlumata görə, Vannacci Meloni ilə razılığa gəlmək üçün üç şərt irəli sürüb.

“Bunlar Ukraynaya bütün yardımların dayandırılması, ölkəyə uyğunlaşmayan miqrantların geri göndərilməsi və Avropa İttifaqının “Yaşıl saziş” siyasətinə dəstəyin dayandırılmasıdır”, – deyə “Politoco”da qeyd edilib.

Nəşr yazıb ki, Vannacci qarşıdan gələn parlament seçkilərində partiyasının kifayət qədər səs toplayacağına ümid edir.

Onun partiyasının hazırda 7 faiz reytinqə malik olması Meloninin parlamentdə çoxluq əldə etməsini çətinləşdirə bilər.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: