cargo

“Turkish Cargo” İstanbul-İrəvan-İstanbul istiqamətində ilk müntəzəm yük aviareysini reallaşdırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, uçuş noyabrın 15-də həyata keçirilib.

“Turkish Airlines” şirkətinin yükdaşıma bölməsinə məxsus reysin əsas məqsədi Türkiyə ilə Ermənistan arasında yük daşımalarının davamlı və etibarlı şəkildə təşkil edilməsidir.

Qeyd edək ki, “Turkish Airlines” 2026-cı ilin mart ayından etibarən İstanbul-İrəvan marşrutu üzrə müntəzəm sərnişin uçuşları da həyata keçirir.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: