Estoniya hərbi münaqişə, məlumat mərkəzlərinin dağıdılması və ya ölkə ərazisinin işğalı halında belə, dövlət rəqəmsal xidmətlərinin davamlı fəaliyyətini təmin edəcək strategiya hazırlayır.
Həmçinin Rusiya ilə sərhədi təhlükəsizlik səbəbindən bağlayır.
Hansı risklər var? Estoniyanın belə tədbirlər görməsinin alt qatında nələr ola bilər?
Globalinfo.az-a danışan siyasi şərhçi Əlabbas Məhərrəmov deyib ki, Estoniyanın bu addımlarının əsas səbəbi təhlükəsizlik narahatlığıdır:
“Ölkə Rusiya ilə mümkün hərbi qarşıdurma, kiberhücumlar və diversiya təhlükələrini nəzərə alaraq qabaqlayıcı tədbirlər görür.

Əlabbas Məhərrəmov
Dövlət məlumatlarının xaricdə saxlanılması onu göstərir ki, Estoniya hətta hərbi münaqişə və ya ərazisinin işğalı halında belə dövlət idarəçiliyinin dayanmasını istəmir. Rusiya ilə sərhədin bağlanması isə mümkün təxribat və kəşfiyyat fəaliyyətlərinin qarşısını almağa yönəlib.
Əslində, Estoniya ən pis ssenariyə hazırlaşır: ərazisi təhlükə altında olsa belə, dövlətçiliyini və idarəetmə imkanlarını qorumaq istəyir. Bu addımlar Rusiyanın mütləq hücum edəcəyi anlamına gəlmir, lakin regiondakı təhlükəsizlik risklərinin Tallinn tərəfindən ciddi qəbul edildiyini göstərir”.
Turan Rzayev
Globalinfo.az