Tramp Harrisin 20 milyonluq borcunu ödəmək istəyir

harris tramp

“Demokratlar Partiyasının milyonlarla dollarlıq borcunu ödəməyə hazırıq”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın yeni Prezidenti Donald Tramp deyib.

O, Respublikaçılar Partiyasının çox pulunun olduğunu və demokratalara yardım edə biləcəyini qeyd edib:

“Çox təəccüblənirəm ki, 2020-ci il prezident seçkilərində əzmlə və cəsarətlə mübarizə apararaq, rekord məbləğdə pul yığan demokratların indi pulu qalmayıb. Bir partiya olaraq və çox ehtiyac duyulan birlik naminə bunu etməyi təklif edirəm”.

Məlumatına görə, Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin seçki kampaniyası 20 milyon dollar borc yaranmasına səbəb olub.