Globalinfo.az Tovuz rayonunun dağ kəndlərindən görüntüləri təqdim edir.
Görüntülər rayonun Qalaboyun ərazisindəndir. Bura təbiət və relyef baxımdan Qarabağın bir sıra yerlərinə çox oxşayır.
Tovuzla Qarabağ arasında qəribə əlaqə var – yer, toponim adlarından tutmuş, Vətən savaşında qələbəyə kimi. 2020-ci ilin iyul ayında Tovuzda başlayan döyüşlər Qarabağ Zəfəri ilə yekunlaşdı.
Tovuz turizm üçün olduqca əlverişli sayılır. Ermənistanla sərhəd rayon olan Tovuzun turizm potensialının 44 günlük Vətən müharibəsindən sonra açılacağı gözlənilir. Artıq Ermənistanın sərhədyanı rayonlara, eləcə də Tovuza hücum edəcəyi perspektivi aradan qalxıb. Bu, turizm şirkətlərinin, aidiyyəti qurumların diqqətini cəlb etməyə bilməz.
Video və fotolar Əməkdar jurnalist Azər Ayxana məxsusdur.