g2RG4Otn6OKkQUsZ3DwcGkoqwA3Al875XV9jbDhP

Tovuzda zəhərlənmə hadisəsi baş verib.

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, hadisə rayonun Azaflı kəndində qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini 2008-ci il təvəllüdlü F.Ə. (ad şərtidir) huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib. Dərhal yeniyetmə qıza yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, F.Ə. toyda alkoqollu içkidən zəhərlənərək şoka düşüb. Faktla bağlı araşdırma aparılır.

Paylaş: