Axşam saatlarında Tovuz rayonunun Çobansığnaq kəndi ərazisinə güclü dolu yağıb.
Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, dolu yağışı təxminən 8-10 dəqiqə davam edib.
İlkin məlumata görə, təbiət hadisəsi nəticəsində yol infrastruktruna və ağaclara ziyan dəyib.
Qeyd edək ki, axşam saatlarından etibarən qərb bölgəsində yağışlı hava şəraiti davam edir.