Tokayev and içdi

Qazaxıstanda yenidən Prezident seçilən Kasım-Jomart Tokayevin andiçmə mərasimi keçirilib və o, rəsmi olaraq vəzifəsinin icrasına başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Qazaxıstan” yayıb.

Məlumata görə, mərasimdə ölkə parlamentinin deputatları, Konstitusiya Şurasının üzvləri, Ali Məhkəmənin hakimləri, eləcə də Qazaxıstanın keçmiş Prezidenti Nursultan Nazarbayev iştirak edib.

Xatırladaq ki, noyabrın 20-si Qazaxıstanda növbədənkənar prezident seçkiləri baş tutub. Tokayev səslərin 81,31%-ni toplayaraq yenidən ölkənin Prezidenti seçilib. O, 2019-cu ildə keçirilən seçkilərdə səslərin 70,96%-ni toplamışdı. Tokayev 7 il müddətində ölkəyə rəhbərlik edəcək.