Rusiyanın xarici işlər naziri Sergey Lavrov Finlandiya prezidenti Aleksandr Stubba Ukrayna ətrafındakı vəziyyətlə bağlı yalnız bəyanatlarla kifayətlənməməyi, münaqişənin həlli üçün konkret addımlar atmağı tövsiyə edib.
Globalinfo.az xəbər verir ki, Lavrov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda Stubb ilə keçirdiyi söhbəti xatırladıb.
Onun sözlərinə görə, Finlandiya prezidenti həmin görüşdə hadisələrin gedişatından narahatlığını ifadə edib.
“Stubb bildirmişdi ki, yanlış yolla gedirlər vı bu yol onları istəmədiyi yerə aparacaq. Ona görə də, nəsə etmək lazımdır”, – Lavrov bildirib.
Rusiya XİN rəhbəri qeyd edib ki, o zaman Stubba belə cavab verib:
“Əgər belə düşünürsünüzsə, o zaman ciddi addımlar atın. Sadəcə Ukraynanın bizim uğrumuzda həlak olacağını, bununla da öz dəyərlərimizi qoruyacağımızı bəyan etməklə kifayətlənməyin”.
Lavrov, həmçinin Finlandiya prezidentinin Avropanın digər ictimaiyyətinə ünvanlanan əvvəlki bəyanatlarını da xatırladıb.
Əliyar Xəlil