1540902508 def9c26b c9b8 461c 8292 da01a9eac9e5

Havaların soyuması ilə küçə heyvanları isinmək üçün avtomobillərin mühərrik hissəsinə, təkər boşluqlarına və digər qapalı yerlərinə sığına bilərlər.

Globalinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) sürücülərə müraciət edib.

Nazirlik avtomobili hərəkətə gətirməzdən əvvəl mühərrik hissəsinin, təkərlərin ətrafının və avtomobilin alt hissəsinin diqqətlə yoxlanılmasının vacibliyini vurğulayıb.

DİN-dən bildirilib ki, sadə bir diqqət və ehtiyat tədbiri küçə heyvanlarını təhlükədən qoruya, onların həyatını xilas edə bilər.

Paylaş: