Trump 1782075484946 5gd7vq 1

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşündə Ukrayna, İran və nüvə tərksilahı məsələlərini müzakirə etməyi planlaşdırır.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Tramp mövzularla bağlı fikirlərini Filippin və Çinə səfərə yola düşməzdən əvvəl Ağ Evdə jurnalistlərlə söhbəti zamanı açıqlayıb.

“Biz nüvə tərksilahı məsələsini müzakirə edəcəyik. Bu, mürəkkəb mövzudur. Çünki hər birimiz üçün nüvə silahlarından imtina edəcəyimizi demək çətindir, elə deyilmi? Üstəlik, başqa ölkələr də var. Bununla belə, nüvə tərksilahı barədə danışacağıq. İran məsələsinə də toxunacağıq. Bu ölkə ilə bağlı işlərimiz yaxşı gedir, amma yenə də müəyyən müzakirələr aparacağıq. Həmçinin ən sevimli mövzum olan Ukrayna haqqında danışacağıq”, – deyə Ağ Ev rəhbəri bildirib.

Tramp əlavə edib ki, üçtərəfli görüşdə iqtisadiyyat və ticarət məsələləri də gündəmə gətiriləcək.

Əliyar Xəlil,

Globalinfo.az

Paylaş: