Tərtərdə mübahisə zəmnində Vətən müharibəsi qazisi bıçaqlanıb.
Globalinfo.az Teleqraf-a istinadla xəbər verir ki, rayon sakini, 44 günlük Vətən müharibəsi qazisi Sadiq Abbaslı mübahisə zəmnində həmyerlisi tərəfindən bıçaqlanıb.
Yaralıya tibbi yardım göstərilib. Daha sonra o, Bərdə Diaqnostika Mərkəzinə göndərilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.