Təqaüdlərlə bağlı mühüm TƏKLİF: Pulu tam məbləğdə çıxarmaq üçün…

Sabiq iqtisadiyyat naziri Fikrət Yusifov Globalinfo.az-a açıqlamasında deyib ki, təqaüdçü dünyasını dəyişdikdən sonra onun istifadə edilməmiş pensiya kapitalı vətəndaşın digər əmlakları kimi varislərinə çatmalıdır.

Mövzunu Globalinfo.az-a şərh edən iqtisadçı Natiq Cəfərli də bildirib ki, məsələ ilə bağlı hələ 5-6 il öncə təkliflər paketi hazırlayaraq elan edib.

İqtisadçı əminliklə deyib ki, insanların təqaüd fonduna yığdığı kapital onların şəxsi mülkiyyətidir:

“O adamın həmin pulu vərəsilik yolu ilə kiməsə vermək hüququ olmalıdır. Hətta əgər çox pul yığılıbsa, özünün belə o pulları xərcləmək hüququ olmalıdır. Qanunvericilikdə bu baxımdan dəyişikliklər edilməlidir. Təəssüf ki, bir neçə il öncə təkliflər paketi elan etsək də, məsələ həllini tapmayıb”.

Zaira Akifqızı
Globalinfo.az