Türkiyədə baş verən helikopter qəzasında istefada olan polkovnik, pilot Yasaözden Bakkal həlak olub.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə ədliyyə naziri Akın Gürlek məlumat yayıb.
Onun sözlərinə görə, qəza nəticəsində Hərbi Hava Qüvvələrinin mayoru Bilgehan Kurtoğlu da yaralanıb.
Faktla bağlı Ankara Qərb Respublika Baş Prokurorluğu tərəfindən istintaq başladılıb.