Avropanın Tavuş və Zəngəzurla bağlı planı budur – Adibekyan

“Avropa ölkələrinin Azərbaycanda ciddi maraqları var, Ermənistanın müzakirə olunan ərazilərinin təhvil verilməsi onlara sərf edir”.

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan məsələləri üzrə erməni ekspert Armine Adibekyan deyib.

O bildirib ki, Avropa Ermənistana sadəcə boş vədlər verir:

“Avropa çox şey edə bilər, amma ciddi maraqları olduğu üçün heç nəyə əl atmayacaq. Onların Ermənistandakı faydalı qazıntılarla bağlı maraqları var. Avropa Tavuş və Sünik (Zəngəzur – red.) bölgələrindəki faydalı mədənləri Azərbaycanla birlikdə istismar etmək istəyir. Onların tək düşündüyü iqtisadi maraqlarının təmin edilməsidir”.

Ayşən Mustafa
Globalinfo.az