elman tovuz

Şair Elman Tovuz dünyasını dəyişib.

Globalinfo.az Kult.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı şairin yaxınları sosial şəbəkədə paylaşıblar.

1997-ci ildən yatağa düşən şair uzun müddət idi ki, əlil arabasında idi və ağır xəstəlikdən əziyyət çəkirdi.

Qeyd edək ki, Elman Tovuz (Elman Şəmşəd oğlu Həsənov) 10 aprel 1961-ci ildə Tovuz rayonunun Şıxheybət (ərazi vahidi – Çataq) kəndində doğulub.

Şair “Hara gedir bu yol belə?..”, “Dünya, məni mənə qaytar”, “Dəlir ürəyimi demədiklərim” adlı üç kitabın müəllifidir.

Paylaş: