Tanınmış aparıcı ailəsi ilə ağır qəza keçirdi – FOTOLAR+YENİLƏNİB

***15.56

Aparıcı Elvin Basqallının olduğu avtomobilin qəzaya düşməsi barədə detallar bəlli olub.

Globalinfo.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev Manşet.az-a açıqlamasında qəza nəticəsində xəsarət alan olmadığını bildirib:

“Hadisə Bakı-Qazax yolunun 196-cı kilometrliyində, Kürdəmir rayonu ərazisində baş verib. Avtomobildə Elvin Basqallı və oğlu ilə yanaşı, qardaşı Tanrıverdiyev Nicat Vahid oğlu və anası olub. “Hyundai Santa Fe” markalı 77-GF-210 dövlət qeydiyyatlı avtomobil buzlaşmada sürəşərək, yolun kənarına aşıb. Qəza nəticəsində xəsarət alan olmayıb”.

Qeyd edək ki, Kürdəmir rayonunda aparıcının özünə məxsus olan maşın buzlu yolda idarəetməni itirib. Nəticədə avtomobil bir neçə də aşıb. Qəza zamanı Elvin Basqallı ilə yanaşı, oğlu, anası və qardaşı da avtomobildə olub.