Şahruddin yenə ən yaxşı seçildi – FOTO

Bu gün Türkiyə Superliqasında 35-ci turun oyunları keçirilib.

Globalinfo.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi “Adana Demirspor” səfərdə “İstanbulspor”la qarşılaşıb.

Matç adanalıların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Şahruddin Məhəmmədəliyev meydana start heyətdə çıxıb və 90 dəqiqəni çərçivədə keçirib. Qapıçı yenə oyunda 5 kritik qurtarışla yadda qalıb. Bununla da 29 yaşlı futbolçumuz sözügedən qarşılaşmada “Adana Demirspor”un heyətində ən yaxşı oyun keçirən üç futbolçudan biri olub.