Tanımadığı şəxslə mübahisə etdi, bıçaqlandı

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Suraxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Seyidov Mirtofiq Mirsəbahaddin oğlu naməlum şəxslərlə mübahisə edib.

Mübahisə zamanı o bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.