Tailand döyüş gəmisi batdı: 106 nəfərdən 31-i belə xilas edildi – ANBAAN VİDEO

Tailand donanmasının “Sukhotay” döyüş gəmisinin Siam körfəzi sularında fırtına səbəbindən batmasından sonra itkin düşən 31 dəniz piyadasının axtarışı davam edib.

Globalinfo.az xarici mətbuata istinadən xəbər verir ki,gəmidəki 106 donanma əsgərindən 75-ni xilas etmək mümkün olub. Xilas olunanların bəzilərinin ciddi xəsarət aldığı bildirilsə də, digərləri müayinədən sonra evlərinə buraxılıblar.

Tailandın Hərbi Dəniz Qüvvələri kömək üçün hadisə yerinə üç donanma gəmisi və iki helikopter göndərib. Qəza yerinə Banqsafan limanından yedək gəmiləri gəlib.

Məlumata görə, güclü külək nəticəsində gəmiyə dolan su elektrik sistemini sıradan çıxarıb və gəmini idarə etmək mümkün olmayıb.