neftchi2026 yeni 3

Bakı şəhərində fəaliyyət göstərən Şuşa təcili tibbi yardım bölməsi artıq öz doğma yurdu – Şuşa şəhərinə köçürülüb.

Globalinfo.az xəbər verir ki, bu barədə TƏBİB-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Şuşa təcili tibbi yardım bölməsi 24/7 rejimində fəaliyyət göstərir. Bölmə 2 ədəd təcili tibbi yardım avtomobili ilə təmin olunub.

“Əhalinin təcili tibbi yardım xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi, çağırışlara daha operativ reaksiya verilməsi, xidmətin əhatə dairəsinin artırılması və əlçatanlığının təmin edilməsi istiqamətində TƏBİB tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir.

Son illər ərzində təcili tibbi yardım xidmətinin daha səmərəli təşkili məqsədilə ölkənin müxtəlif bölgələrində yeni stansiya və filialların yaradılması, mövcud briqadaların sayının artırılması, eləcə də texniki təminatın gücləndirilməsi istiqamətində ardıcıl addımlar atılır”, – məlumatda qeyd olunub.

Paylaş: