susa ses

İşğaldan azad olunmuş Şuşa şəhərində də növbədənkənar prezident seçkiləri üzrə səsvermə keçirilir.

Globalinfo.az xəbər verir ki, əhali seçki məntəqələrində fəallıq nümayiş etdirir. Onlar səhər saatlarından etibarən səs verirlər.

Qeyd edək ki, Şuşada 1 189 nəfər seçicinin səs verməsi nəzərdə tutulub.

baa896d3 891f 4867 bd94 ad9a97d1ed3e
bddb16ae 6831 4ae5 9145 7160769f8c95
d16c81b1 f8cb 4458 abf7 df12f7bf0966
e1cbc575 2524 4e21 84eb 5871e8fb0eae
f47113bb 53b4 4683 b749 4a418d4236f6

***08:38

İşğaldan azad olunan Şuşa şəhərində növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermə keçirilir.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, şəhərdə 124 saylı Şuşa-Ağdam-Xocalı-Xankəndi seçki dairəsinin 105 saylı seçki məntəqəsi yaradılıb.

Şuşa şəhər 1 saylı tam orta məktəbin binasında yaradılan məntəqə səhər saat 08:00-da açılıb.

Məntəqədə ümumilikdə 1222 seçici qeydiyyatdan keçib.

Səsverməni 13 nəfər yerli müşahidəçilər izləyir.

Məntəqə bütün ləvazimatlarla təchiz edilib. Burada səsvermə kabinəsi quraşdırılıb, məntəqə üzvləri, müşahidəçilər üçün yerlər ayrılıb. Səsvermə otağına səsvermə qutuları, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulub. Seçki günü səhhətində problem olduğuna görə məntəqəyə gələ bilməyən seçicilərin səsverməsini təşkil etmək üçün səyyar seçki qutusu ayrılıb.

Bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.

sis 2 sis 3 sis 4 sis 5

Paylaş: