
Şuşada “İsa bulağı”nda su götürmək istəyən hərbçilərə ordakı insanların su doldurmağa imkan vermədiyinə dair sosial şəbəkələrdə görüntülər yayılıb. Bu, ictimaiyyətdə narazılıqla qarşılanıb. Hər kəs orada olan şəxsləri qınayan şərhlər yazıb.
Əslində hadisə necə olub?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan hadisə şahidinin sözlərinə görə, yayılan xəbərlər həqiqəti əks etdirmir.
“O görüntülər dünən çəkilib. Həmin an mən də orada idim. İnanın ki, “İsa bulağı”na gələn adamlar heç əsgərlərimizə əyilib su doldurmağa imkan vermədilər.
Beş, ya altı əsgər idilər. Tez onlardan bir-bir su qablarını alıb, doldurub, yola saldılar. Sadəcə, igidlərimiz bulağa yaxınlaşırlar, adamlar da onlardan qabı alır, qab dolana kimi hərbçilər arxada gözləyirdi. İnanın ki, hər kəs o gənclərə fəxrlə baxırdı”, – hadisə şahidi deyir.
Həmin görüntüləri təqdim edirik:
Zaira Akifqızı
Globalinfo.az