WhatsApp Image 2022 12 13 at 15.36.23

44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrundan canından keçən şəhidlərimizin xatirəsinə həsr olunmuş videoçarx maraqla qarşılanıb və izləyənləri təsirləndirib.

Globalinfo.az bildirir ki, ekran işi Şuşa şəhərində, mərhum şair İsa Körpülünün “Gəl, sağollaşaq” şeiri əsasında ərsəyə gəlib.

Sözügedən şeiri tanınmış qiraətçi Xəzər Süleymanlı ifa edib, aktrisa Günay Həsən isə şəhid xanımlarının ümumiləşdirilmiş obrazını canlandırıb.

Elçin Ağazadənin rejissorluğu ilə hazırlanmış klipin ssenari müəllifi Aqşin Evrən, operatoru Soltan Abdullayevdir.


Gülnar Səlimova
Globalinfo.az

Paylaş: