Avqustun 2-də gecə saat 1 radələrində Sumqayıt şəhəri ərazisində 1975-ci il təvəllüdlü Sabit İsmayılovun kəsici-deşici alətlə qardaşı 1972-ci il təvəllüdlü Ədalət İsmayılova yüngül bədən xəsarətləri yetirməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Globalinfo.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, sərxoş vəziyyətdə olan tərəflər arasında yaranan münaqişə şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.
***17:35
Sumqayıtda qardaş qardaşı bıçaqlamaqda şübhəli bilinir.
Globalinfo.az “Report”a istinadən verir ki, hadisə 10-cu mikrorayonda qeydə alınıb.
Məlumata görə, şəhər sakini, 1975-ci il təvəllüdlü İsmayılov Sabit Məmməd oğlu aralarında baş vermiş münaqişə zəminində qardaşı, 1972-ci il təvəllüdlü İsmayılov Ədalət Məmməd oğlunu bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.