Sumqayıt Dövlət Universitetində yeni təyinatlar – FOTO

Sumqayıt Dövlət Universitetində yeni təyinatlar olub. 

Globalinfo.az  xəbər verir ki, Universitetin Filologiya fakültəsinin dekanı vəzifəsinə Günel Paşayeva, Kimya və Biologiya fakültəsinin dekanı vəzifəsinə isə Rəşad Səlimov təyin olunub.

Paşayeva Günel Baxşeyiş qızı Sumqayıt şəhərində anadan olub. Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin bakalavr və magistratura pilləsini fərqlənmə ilə bitirmişdir. Filologiya üzrə fəlsəfə doktoru, Filologiya elm sahəsinin Azərbaycan dili ixtisası üzrə dosent elmi adını alıb.  1 dərs vəsaiti, 1 monoqrafiya, 5 fənn proqramı, 40-a yaxın elmi məqalə və tezis müəllifidir.

Səlimov Rəşad Allahverdi oğlu Lerik rayonunda anadan olub. Gəncə Dövlət Universitetinin Biologiya və kimya fakültəsinin bakalavr və magistratura pilləsini fərqlənmə ilə bitirib. Biologiya üzrə fəlsəfə doktoru, Biologiya ixtisası üzrə dosent elmi adını alıb.