Azərbaycanda “Starlink” qlobal peyk rabitə sistemi fəaliyyətə başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə peyk şəbəkəsinin məlumat yayıb.
Bildirilib ki, “Starlink”in yüksək sürətli internet xidməti artıq Azərbaycanda mövcuddur:
“Azərbaycanlı istifadəçilər “Starlink” xidmətindən yararlanmaq üçün müəyyən şərtləri yerinə yetirməlidirlər. İlk növbədə 670 manata “Starlink Standart Kit” əldə etmək lazımdır. Daha sonra 50 manat çatdırılma ödənişi və 100 manat aylıq abunəlik haqqı ödənilməlidir”.