Şoyqunun yanında üzr istədi: “Dostumuzu incitmək…” – Vulin

vulin

“BMT Baş Assambleyasında Ukrayna münaqişəsi ilə bağlı Rusiya əleyhinə qətnamənin lehinə səs verməklə səhvə yol vermişik”.

Globalinfo.az xəbər verir ki, bunu Serbiya baş nazirinin müavini Aleksandr Vulin deyib.

“Bildiyiniz kimi, BMT Baş Assambleyasında səsvermə zamanı baş vermiş səhv düzəldilib. Bizim üçün bunu etiraf etmək dostlarımızı incitməkdən qat-qat asandır”, – deyə o, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşdə deyib.

Qeyd edək ki, fevralın 24-də BMT Baş Assambleyası Ukrayna münaqişəsi ilə bağlı Rusiya əleyhinə qətnamə layihəsinə səs verib. Avropa ölkələri və Ukraynanın hazırladığı sənədi Serbiya da daxil olmaqla 93 ölkə dəstəkləyib.

Əliyar Xəlil
Globalinfo.az