Soruşurlar ki, Azərbaycan Zəngəzura girəcək? – Marukyan

“Mənə tez-tez sual verirlər ki, Azərbaycan Ermənistana hücum edəcəkmi?”

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xüsusi təyinatlı səfiri Edmon Marukyan deyib.

“Cavabım budur ki, Azərbaycanın Ermənistana hücum etmək üçün heç bir əsası yoxdur. 2021-ci ildən etibarən bütün hərəkətlər aqressiv xarakter daşıyır və beynəlxalq hüquqa görə cinayət sayılır. Dünya ictimaiyyəti Azərbaycanı hərbi addımlardan çəkindirməlidir”, – deyən Marukyan Ermənistanın hansısa ərazilərinin guya Bakının nəzarətində olması haqqında absurd fikirlər səsləndirib.

Bununla belə, o, danışıqlar masasına qayıtmağın ən doğru yol olduğunu bildirib.

Əliyar Xəlil
Globalinfo.az