
Zəngəzurda baş verən qəza nəticəsində yaralanan erməni hərbi qulluqçuların sayı 5-ə çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Xəstəxanaya aparılan yaralılardan ikisinin vəziyyəti ağır, ikisinin orta-ağır, bir nəfərin isə kafi olaraq qiymətləndirilir.
***
Ermənistanın Sünik vilayətində (Zəngəzur – red.) ordunun tərxis olunan hərbi qulluqçularını daşıyan avtomobil qəzaya uğrayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
İlkin məlumata görə, biri sürücü olmaqla iki nəfər ölüb, 3 nəfər isə yaralanıb.
Yaralıların xəstəxanaya yerləşdirildiyi bildirilir.
Qəzanın hansı səbəbdən baş verdiyi açıqlanmayıb.
Ayşən Mustafa
Globalinfo.az