Mirzoyan Cavusoglu 11

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyədən qayıtdıqdan sonra hökumətin iclasına qatılıb.

Globalinfo.az xəbər verir ki, o, Türkiyədə apardığı danışıqların detalları barədə hökuməti məlumatlandırıb.

Mirzoyan Türkiyədə erməni xilasedicilərlə görüşdüyünü və onların Türkiyə hakimiyyət nümayəndələri, eləcə də əhalisi tərəfindən çox isti qarşılandığını bildirib.

Ermənistan Baş naziri danışıqlar zamanı konkret nəticələr əldə edildiyini söyləyib:

“Biz bir sıra ikitərəfli münasibətlər məsələsini müzakirə etdik və konkret razılıqlara gəldik. Belə qərar qəbul edildi ki, sərhədin yekun açılması prosesi və dialoq sürətləndirilsin”.

İclasda çıxış edən Baş nazir Nikol Paşinyan isə Mirzoyanın səfərini yüksək dəyərləndirib. O, Ermənistanın Türkiyəyə yardım etməsi ilə bağlı səsləndirilən bütün tənqidləri qəbul etmədiyini açıqlayıb.

Qeyd edək ki, Mirzoyan Ankarada dünən olub və türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb. Bu gün isə Çavuşoğlu ilə Azərbaycan XİN rəhbəri arasında telefon danışığı baş tutub.

İlkin Həsənov
Globalinfo.az

Paylaş: