9 pic 32ratio 900x600 900x600 18131

Macarıstanın xarici işlər naziri Peter Siyarto Avropada sülhün təmin olunmasının əsas şərtinin ABŞRusiya arasında hərtərəfli razılaşma olduğunu bəyan edib.

Globalinfo.az xəbər verir ki, Belarusun “Perviy Informatsionny” telekanalına müsahibə verən Siyarto Qərbin siyasi ritorikasına baxmayaraq, real sabitlik yalnız iki nüvə gücünün – Vaşinqton və Moskvanın birbaşa dialoqu nəticəsində mümkün olacağını bildirib.

“Əgər ABŞRusiya arasında qarşılıqlı anlaşma əldə olunmasa, Avropada sülh sadəcə mümkün olmayacaq”, – Siyarto vurğulayıb.

Nazir həmçinin, Donald Trampın yenidən seçilməsi halında onun təxribatlara baxmayaraq, Moskva ilə dialoqa girmək üçün kifayət qədər iradə və mətanət göstərəcəyinə ümid etdiyini deyib.

Siyarto xatırladıb ki, Macarıstan uzun müddətdir öz paytaxtı Budapeşti Rusiya ilə Qərb arasında dialoq mərkəzi kimi təqdim edir. Onun sözlərinə görə, bu təşəbbüs hələ də qüvvədədir.

Tahir Turan
Globalinfo.az

Paylaş: