Sinan Oğandan namizədliyini geri çəkməsi iddialarına CAVAB

Türkiyə prezidentliyinə namizəd Sinan Oğan Muharrem İncenin namizədliyini geri götürməsindən sonra barəsində yayılan iddialara cavab verib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, tviter hesabında paylaşım edib.

“Türk millətinin əziz övladları, mübarizəmizi sona qədər davam etdirəcəyəm. Xahiş edirəm, kənardan eşitdiyiniz heç bir açıqlamaya inanmayın”, – deyə Sinan Oğan qeyd edib.

Xatırladaq ki, Türkiyədə prezidentliyə namizədlərdən biri – Məmləkət Partiyasının sədri Muharrem İnce dövlət başçısı postu uğrunda mübarizədən geri çəkilib. Bundan sonra S.Oğanın da eyni addımı atdığı ilə bağlı iddialar yayılıb.