Ermənistan Milli Şurasının (MŞ) sədri Alen Simonyan Ruben Rubinyanın parlamentin 9-cu çağırışının spikerliyinə namizəd seçilməsinə münasibət bildirib.
Globalinfo.az xəbər verir ki, o, sosial şəbəkə hesabında həmkarını təbrik edib.
“Həmkarım Ruben Rubinyanı Vətəndaş Müqaviləsi Partiyasının idarə heyəti tərəfindən Milli Şuranın 9-cu çağırışının spikerliyinə namizəd seçilməsi münasibətilə təbrik edirəm. Əminəm ki, o, Ermənistan Respublikası naminə birlikdə başladığımız işi şərəflə davam etdirəcək”, – deyə Simonyan paylaşımında yazıb.
Qeyd edək ki, bundan əvvəl Ermənistan mediası Vətəndaş Müqaviləsi Partiyasının qapalı səsvermədə Ruben Rubinyanı parlament sədri vəzifəsinə namizəd seçdiyini, Alen Simonyanın isə cəmi 5 səs topladığını yazmışdı.
Əliyar Xəlil
Globalinfo.az