Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan parlamentinin spikeri Alen Simonyanın kilsənin vergiyə cəlb edilməsi ilə bağlı fikirlərini tənqid edib.
Globalinfo.az xəbər verir ki, Rusiya XİN rəsmisi bu barədə öz Teleqram kanalında paylaşım edib.
M.Zaxarova Ermənistan parlamentinin spikerini “şeytan” adlandırıb:
“Ermənistan parlamentinin spikeri Alen Simonyan ötən gün Erməni Apostol Kilsəsinin vergiyə cəlb edilməli olduğunu dedi. Spiker “ödədiyi vergi ilə orduya güllə alınan iş adamından daha çox, əli öpülən kilsə adamı qanundan üstün görülür” deyib. Eyni zamanda Ukrayna Ali Radasında “Avropa Həmrəyliyi” fraksiyası Ukrayna Pravoslav Kilsəsinə tam qadağa qoyulması məsələsinin yenidən gündəmə gətirilməsini tələb edir. Niyə qərblilərə xidmət etməyə başlayan insanlar sözün əsl mənasında şeytan olurlar?”
Ayşən Mustafa
Globalinfo.az