İrəvan Baqratı “vurmağın” yolunu tapdı – Qəribə təklif

“Erməni Apostol Kilsəsinin vergiyə cəlb olunmasının vaxtı çatıb”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

A.Simonyan kilsə və kilsə xadimlərinin də vergiyə cəlb edilməli olduğunu bildirib:

“Niyə hamı üçün tətbiq edilən vergi öhdəlikləri kilsəyə şamil edilmir? Kilsə şam, şərab, “Koka-kola” satır, varlanır, amma vergi ödəmir. Mən anlamaq istəyirəm ki, onlar niyə vergi ödəmirlər? Bu məsələ hüquqi baxımdan nəzərdən keçirilməlidir.

Ölkədə mühüm adamlar Ermənistan Respublikasının təhlükəsizliyini maliyyələşdirirlər. Məsələn, ödədiyi vergi ilə orduya güllə alınan iş adamından daha çox, əli öpülən kilsə adamı qanundan üstün görülür. O da vergi ödəməlidir. Ümumiyyətlə, möhtərəm Baqrat, Erməni Apostol Kilsəsinin binasına daxil olub məclis təşkil etməyə sizə kim icazə verib? Kilsə dua üçündür”.

Ayşən Mustafa
Globalinfo.az