Simonyanın Moskvaya göndərdiyi məktub – Nə yazılıb?

Ermənistan parlamentinin spikeri Alen Simonyan və assambleyanın digər nümayəndələri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dekabrın 19-da Moskvada keçiriləcək sessiyasında iştirak etməyəcək. 

Globalinfo.az xəbər verir ki, bunu parlamentin mətbuat katibi Tsovinar Xaçatryan açıqlayıb.

“Simonyan bu gün Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodinə ünvanladığı rəsmi məktubda sessiyaya qatılmayacağını bildirib”, – Xaçatryan deyib.

Ayşən Mustafa
Globalinfo.az