
“Azərbaycan və Ermənistan hökumətləri İrəvanın təhvil verilməsinə dair razılaşma əldə etsə belə, bu, digər ölkələr tərəfindən müsbət qarşılanacaq”.
Globalinfo.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin “Hayastan” fraksiyasının üzvü Kristina Vardanyan deyib.
O, xarici ölkələrin münaqişə tərəflərinin əldə etdiyi razılaşma sənədi ilə maraqlanmadığını bildirib:
“Onlara bu müqavilələrin kimə fayda verməsi maraqlı deyil. Sənədlərin məzmunu ilə tanış olmurlar. 2022-ci ildə Praqada imzalanan bəyannamə, ondan sonra əldə olunan razılaşmalar, demarkasiya prosesi və s. bunu sübut edir. İki tərəf ortaq məxrəcə gələndə buna sadəcə müsbət reaksiya bildirilir”.
Qeyd edək ki, daha öncə Azərbaycan tərəfi Ermənistanla sülh müqaviləsi mətninin tam razılaşdırıldığına dair məlumat yayıb. Bir çox ölkələr buna müsbət reaksiya verərək tərəfləri təqdir edib və ən qısa zamanda sənədi imzalamağa səsləyiblər.
Əliyar Xəlil
Globalinfo.az