Alen Simonyan

“Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin 16 bəndi üzrə tam razılığa gəlindi”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

O bildirib ki, Bakı və İrəvan birdəfəlik sülhün bərqərar olması üçün razılığa gəlmək ərəfəsindədirlər:

“Mükəməllər artıq yaxşıların düşməni olmamalıdır. İndi sülh zamanıdır, vaxt yetişib. Ermənistan bu gün də sülh sazişini imzalamağa hazırdır. Biz Azərbaycanı mümkün olmayanı reallığa çevirməyə çağırırıq”.

Qeyd edək ki, Bakı və İrəvan arasında sülh sənədində razılaşdırılmayan maddələr qalmaqdadır. Məlumata görə, 19 maddədən yalnız 16-sı razılaşdırılıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: