
“ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı müzakirələr aparılır”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.
Simonyan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Rusiyaya səfəri müddətində bu mövzunun da müzakirə olunacağını bildirib.
“Bu gün məsələ ilə bağlı Rusiyada müzakirə aparılacaq. Danışılmayacaq heç nə yoxdur. Çünki Rusiya Minsk qrupunun həmsədr ölkələrindəndir”, – Simonyan vurğulayıb.
Qeyd edək ki, hazırda Moskvada Ararat Mirzoyan və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında təkbətək görüş keçirilir.
Xatırladaq ki, yanvarın 11-də Ermənistanın Baş naziri Nikol Paşinyan ATƏT-in Minsk qrupunun ləğvini təklif edib. Bundan əvvəl rəsmi Bakı sülh prosesi çərçivəsində əsas tələblərdən birinin Minsk qrupunun ləğvi olduğunu dəfələrlə İrəvana bəyan edib.
Əliyar Xəlil
Globalinfo.az